Xətai ray. Xocalı pr. 40
Bakı, Azərbaycan
Fəaliyyət
7/24
Təhsil və İnkişaf Mərkəzi

Pragmatech

Təhsil planları

Sual-Cavab

Təhsil üçün ödədiyin məbləği Pragmatech tərəfindən sənə veriləcək işlərin yerinə yetirilməsi qarşılığında 100% geri qazanacaq və ya işlə təmin olunma zəmanəti əldə edəcəksən.

İmtahanlar həm nəzəri həm də praktiki imtahanlar formasında olacaq.

Foundation modulunu bitirdikdən və tələb olunan imtahanı uğurla keçdikdən sonra sənə verilən işləri təhvil verməklə maddi gəlir əldə etməyə başlayacaqsan.

Oxuduğun və dinlədiyin məlumatı asanlıqla başa düşə bilməyin bizim dərsləri rahatlıqla qavraman üçün kifayətdir.

Təhsil modulları sənin tamamlamalı olduğun təhsil planlarının tərkib hissəsidir və hər biri ayrı mövzuları əhatə edir.Təhsil planı isə sənin Pragmatech daxilindəki təhsilin üçün yol xəritəsidir.

Sizin təhsil keyfiyyətiniz Pragmatech tərəfindən təmin olunur. Tədris modullarının hər biri fərqli müəllimlər tərəfindən tədris oluna bilər. Ona görə də sizin hansı müəllimdən dərs alacağınız təhsil prosesi başladıqdan sonra müəyyən olunacaq.

Ödənişlər aylıq ödəmə formasında olacaq və hər ayın əvvəli ödənilir.

Dərslər Azərbaycan dilində tədris olunur. Tədris zamanı istifadə olunan vəsaitlər ingilis dilində olacaq. Buna görə də ingilis dili biliyiniz əhəmiyyətlidir.

Haqqımızda

Pragmatech Təhsil və İnkişaf mərkəzi praqmatik təhsil modelinə əsaslanan tədris şirkətidir. Praqmatik təhsil modeli nədir? Bu model təhsilin birbaşa iş dünyası ilə inteqrasiasını təmin edərək tələbələrin öyrənmə sürətlərini artırılmasını hədəfləyən təhsil modelidir. Hədəfimiz tələbələrin təhsilə qoyduqları investisiyanı qısa müddətdə geri qazanma və birbaşa iş dünyasına hazır kadr halında məzun olmalarını təmin etməkdir. Pragmatech bu modeli necə tətbiq edir? Şirkət daxilində fəaliyyət göstərən proqramçı komandası Pragmatechdə təhsil alan tələbələrlə birbaşa ünsiyyətdədir. Tələbələr komandalara ayrılır və hər komanda bir Pragmatech proqramçısı ...