Müraciət et
Xətai ray. Xocalı pr. 40
Bakı, Azərbaycan
Fəaliyyət
7/24

Pragmatech Təhsil və İnkişaf Mərkəzi

Hədəfimiz tələbələrin təhsilə qoyduqları investisiyanı qısa müddətdə geri qazanma və birbaşa iş dünyasına hazır kadr halında məzun olmalarını təmin etməkdir.

Pragmatech Təhsil və İnkişaf mərkəzi praqmatik təhsil modelinə əsaslanan tədris şirkətidir. Praqmatik təhsil modeli nədir? Bu model təhsilin birbaşa iş dünyası ilə inteqrasiasını təmin edərək tələbələrin öyrənmə sürətlərini artırılmasını hədəfləyən təhsil modelidir. Hədəfimiz tələbələrin təhsilə qoyduqları investisiyanı qısa müddətdə geri qazanma və birbaşa iş dünyasına hazır kadr halında məzun olmalarını təmin etməkdir.

Şirkət daxilində fəaliyyət göstərən proqramçı komandası pragmatechdə təhsil alan tələbələrlə birəbir ünsiyyətdədir. Tələbələr komandalara ayrılır və hər komanda bir pragmatech proqramçısı tərəfindən idarə olunur. Komandadakı tələbələr komanda rəhbərinin nəzarətində olan proyekt üzərində tapşırıq yerinə yetirmək məsuliyyəti daşıyır. Tələbələr komanda rəhbəri tərəfindən təsdiq olunan tapşırıqlara əsasən ödəmə alırlar. Bu tələbənin biraşa iş məsuliyyətinin artırılmasına və öyrəndiyi texnologiyaları faydalı şəkildə tətbiq etməsinə imkan yaradır. Real təcrubəyə əsaslanaraq demək olar ki, bu üslubda öyrənmə ənənəvi öyrənə metodundan dəfələrlə sürətli və effektiv baş verir.

Tələbə dərs aldığı müəllimdən texnologiyanın daha çox teorik tərəfini, proqramçı komandasından isə praktiki tərəfini mənimsəyir. Bundan əlavə pragmatech təhsil planlarını modular sistemlə həyata keçirir. Hər tələbə hər modulun sonunda o modulda tələb olunan texniki biliklərini həm teorik həm də praktik olaraq mənimsədiyini isbat etməlidir. Əks halda növbəti moduldan faydalanmasına icazə verilmir.

Təhsil bir investisyadır Pragmatech tələbənin qoyduğu investisiyanı təhsil şərtlərinə uyğun davam etdiyi halda geri qazanma zəmanəti verir. Bu tələbənin həyat hədəflərindən asılı olaraq birbaşa maddi zəmanət və ya iş zəmanətidir.